Filippin işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün Rusiyaya miqrant işçilər göndərməyə hazır olduğunu bildirib.
SİA-nın məlumatına görə, səfir İqor Bayilen bu barədə iki ölkə arasında əmək miqrasiyası ilə bağlı ikitərəfli saziş üzrə danışıqlar apardığını təsdiqləyib.
Sənəd filippinli mütəxəssislərin Rusiya əmək bazarına cəlb edilməsi üçün təhlükəsiz və nizamlı prosesi təmin etmək məqsədi daşıyır.
Diplomat Rusiya hakimiyyətinin miqrasiya qanunvericiliyinə ehtiyatlı yanaşmasını qeyd edib ki, bu da gələcək sazişin bütün aspektlərinin diqqətlə nəzərdən keçirilməsini tələb edir. ...Rus saytı xəbər verir ki, danışıqlar əməkçi miqrantların hüquqlarının müdafiəsi və Rusiya əmək qanunvericiliyinə əməl olunmasının təmin edilməsi zərurəti nəzərə alınmaqla aparılır.
Filippin hər il dünya ölkələrinə milyonlarla ixtisaslı işçi göndərərək əmək miqrasiyasının təşkilində əhəmiyyətli təcrübəyə malikdir.
Bu potensial saziş tikinti, xidmət və digər sənaye sahələrində Rusiya şirkətlərinin üzləşdiyi işçi qüvvəsi çatışmazlığının həllində mühüm addım ola bilər.
Filippindən mütəşəkkil əmək miqrasiyası Rusiya əmək bazarında vakansiyaların doldurulması üçün qanuni və nəzarət edilən prosesi təmin edərək, digər bölgələrdən işçi qüvvəsinin tənzimlənməmiş axınına alternativ ola bilər..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə