...İşğal altında olan Luqansk vilayətində fövqəladə vəziyyət yaranıb. Rusiya mənbələrinin məlumatına görə, əvvəllər Rusiya ordusuna cəlb edilmiş bir neçə yüz məhbus poliqondan qaçıb.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Rusiyanın Z-kanallarının məlumatına görə, hücum bölmələrinə cəlb edilmiş 300-ə yaxın adam "LPR" adlanan düşərgədən yoxa çıxıb.
...Maksimum diqqət! Təxminən 300-ə yaxın hücum qoşunu "LPR"-dəki poliqondan qaçıb. Hamısı islah koloniyalarından.
Silahlar haqqında heç nə deyə bilmərəm. Amma maksimum diqqət!!! Hamını mümkün qədər xəbərdar edin.
Bu, mesajlardan birində deyilir.
Hələlik bu faktın rəsmi təsdiqi olmasa da, yayılan məlumatlar təbliğat ictimaiyyətində artıq panikaya səbəb olub.
Məlumdur ki, rus ordusuna cəlb olunanlar arasında oxşar qaçışlar əvvəllər də olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə