73 yaşlı qadın ayı hücumuna məruz qalıb - Dəhşətli hadisə

Yaponiyanın Akita prefekturasında 73 yaşlı qadının ayı hücumuna məruz qalaraq başından və üzündən xəsarət aldığı bildirilir. SİA xarici KİV-ə istinadən verir ki, NHK dövlət televiziyası yerli hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, 73 yaşlı qadın Akita prefekturasında əlillər üçün qocalar evinin qarşısında huşsuz vəziyyətdə və qan içində tapılıb.

Polis qocalar evinin müşahidə kamerasındakı görüntüləri araşdırıb və qadının ayının hücumuna məruz qaldığını müəyyən edib. Qocalar evinin sakini olduğu müəyyən edilən qadın müalicə olunmaq üçün xəstəxanaya aparılıb. Yaşlı qadının vəziyyəti, o cümlədən başından və üzündəki xəsarətlərlə bağlı hələlik heç bir məlumat verilməyib. İyun ayından Yaponiyanın şəhər yerlərində ayı hücumları tez-tez baş verir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə