Polşa hökuməti etimadsızlıq səsverməsini üstələyib

240 parlamentari Tuskun kabinetinə etimad göstərib.

Polşa Seymi Donald Tuskun Nazirlər Kabinetinə etimad məsələsinə baxıb. Prosedura müxalifətin mühafizəkar Hüquq və Ədalət (PiS) partiyasının dəstəklədiyi namizəd Karol Navrockinin prezident seçkilərinin ikinci turunda qələbə qazanmasına cavab olaraq baş nazirin özü tərəfindən təşəbbüs edilib.

SİA-nın məlumatına görə, səsvermə nəticəsində hökumət istefadan yayına bilib.

Etimadsızlıq səsverməsi qanunla müəyyən edilmiş deputatların sayının ən azı yarısının (Seymdə 460 yer var) iştirakı ilə sadə səs çoxluğunun dəstəyini tələb edirdi. 240 parlamentari Tuskun kabinetinə etimad göstərib, 210-u əleyhinə səs verib, heç bir deputat bitərəf qalmayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə