Alimlər okeanda fotosintezə təsir edən 230 nəhəng virus aşkar ediblər

Alimlər okeanlarda fotosintez və karbon mübadiləsinə təsir göstərə bilən, əvvəllər məlum olmayan yüzlərlə nəhəng virus aşkar ediblər.

SİA-nın məlumatına görə, bu mikroorqanizmlər dəniz ekosistemlərində əsas rol oynayır və zərərli yosunların çiçəklənməsinə səbəb ola bilər.

Deməli, ABŞ tədqiqatçıları okeanlardakı virus həyatını anlamaqda irəliləyiş əldə edərək, əvvəllər naməlum olan 230 nəhəng virus aşkar ediblər.

Alimlər qabaqcıl hesablama texnologiyasından istifadə edərək böyük miqdarda dəniz məlumatlarını təhlil ediblər və bu virusların ekosistemlərin fəaliyyətində əsas rol oynadığını aşkar etdilər.

Məlum olub ki, nəhəng viruslar protistlərlə - dəniz qida zəncirlərinin əsasını təşkil edən yosun və amöba kimi birhüceyrəli orqanizmlərlə aktiv şəkildə qarşılıqlı əlaqədə olur.

Onlar həm ekosistemi, həm də insan sağlamlığını təhdid edən zərərli yosunların çiçəklənməsinə səbəb ola bilər.

Alimləri xüsusilə virusların genomlarında olan qeyri-adi genlər maraqlandırırdı.

Onlardan bəziləri hüceyrə funksiyalarından, o cümlədən əvvəllər viral orqanizmlər üçün qeyri-mümkün hesab edilən fotosintezdən məsuldur.

Bu kəşf virusların yoluxmuş orqanizmlərin maddələr mübadiləsinə, o cümlədən karbon dövrünə müdaxilə etmək qabiliyyətini nümayiş etdirir.

Məlumatların təhlili üçün hazırlanmış ən son bioinformatika aləti BEREN bu virusları dünya okeanının müxtəlif yerlərindən toplanmış nümunələrdə aşkarlamağa imkan verib. O, beynəlxalq elmi ictimaiyyət üçün əlçatan oldu və viruslar üzrə gələcək tədqiqatlar, habelə dəniz patogenləri və çirklənməsinin monitorinqi üçün imkanlar açdı. Yeni viruslarda müəyyən edilən unikal funksiyalar biotexnologiyada, xüsusən də yeni fermentlərin və bioloji nəzarət üsullarının işlənib hazırlanmasında maraqlıdır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə