Rusiyada körpü partladıldı - 4 nəfər öldü, 50-yə yaxın yaralı var

Rusiyanın Bryansk vilayətinin Vıqoniçski rayonunda avtomobil körpüsü partladılıb. SİA xəbər verir ki, bu barədə “İzvestiya” məlumat yayıb. Bildirilib ki, nəticədə beton konstruksiya körpünün altından keçən sərnişin qatarının üzərinə aşıb. "Bryansk vilayətində körpünün uçması nəticəsində 4 nəfər ölüb. İlkin məlumata görə, partlayış olub. Qurbanların hamısı Vıqoniçski rayonunda körpünün uçduğu Klimov-Moskva qatarının sərnişinləri olub", - "Baza" "Telegram" kanalın yaydığı məlumatda deyilir. Son məlumata görə, körpünün uçması nəticəsində xəsarət alanların sayı 44-ə çatıb .

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə