Çin, Cənubi Koreya və Yaponiyada içki mədəniyyəti dəyişir

Çinlilər işdən sonra daha az içirlər

...Yaponlar üçün spirtli içki içməyə qəbul edilən vaxt və üsul işdən sonra bara getməkdir. Bu, artıq kişi alkoqolizminin ciddi probleminə gətirib çıxarıb. Buna ilk reaksiya verən Çin rəsmiləri olub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Çin, Yaponiya və Cənubi Koreya sakinləri öz ölkələri üçün xarakterik olan içki mədəniyyətindən imtina etməyə başlayıblar.

Tokioda işdən sonra bara getmək korporativ mədəniyyətin bir hissəsidir. Bu, çoxlarına münasibətlər qurmağa imkan verir, lakin buna görə də küçələrdə sərxoş kişiləri tez-tez görmək olar və kişi əhalinin 15 faizi alkoqolizmdən əziyyət çəkir.

Bəzi saytların verdiyi məlumata görə, Cənubi Koreyada çox oxşar vəziyyət yaranıb, lakin orada bu cür görüş və ünsiyyət “xvesik” adlanır. Amma bu ölkənin iqtisadiyyatı bu cür alkoqoldan sui-istifadəyə görə demək olar ki, 13 milyard rubl itirir.

Oxşar problemlərin mövcud olduğu Çində vətəndaşlar daha çox barlarda sərinləşdirici içkilər sifariş etməyə başlayıblar. Oxşar tendensiya adı çəkilən digər iki ölkədə də müşahidə olunur.

Üstəlik, Çin hakimiyyəti çinlilərin əcnəbilərlə işgüzar görüşlər keçirdiyi hallar istisna olmaqla, elit spirtli içkilərin istehlakını qadağan edib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə