"Danışıqlar sülhün təminatı deyil, lakin..."

Medvedev Rusiyaya ultimatum verən ölkənin düşmənlərinə müraciət edib

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bəyan edib ki, sülh danışıqları heç də həmişə hərbi əməliyyatların bitməsinə gətirib çıxarmır.

Tarix göstərir ki, uğursuz danışıqlar eskalasiyaya və yeni müharibəyə səbəb ola bilər.

SİA-nın məlumatına görə, Dmitri Medvedev şənbə günü X sosial şəbəkəsində yazıb ki, danışıqlar sülhün təminatı deyil, lakin yeni, daha böyük münaqişəyə səbəb ola bilər. ...Danışıqlar haqqında ultimatum qoyan Rusiyanın bütün düşmənləri bir sadə şeyi yadda saxlamalıdırlar: sülh danışıqları özlüyündə heç də həmişə hərbi əməliyyatların sona çatmasına gətirib çıxarmır, - Medvedev bildirib.

Onun sözlərinə görə, uğursuz danışıqlar vəziyyəti çətinləşdirə və “yeni silahlar və iştirakçılarla müharibənin daha dəhşətli mərhələsinə” gətirib çıxara bilər.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ İstanbulda Rusiya və Ukrayna arasında aparılan danışıqların uğurla nəticələndiyini açıqlamışdı.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə