...Fələstinin HƏMAS radikal hərəkatı Qəzza zolağında münaqişənin həlli üçün İsraillə 5 illik barışıq bağlamağa hazırdır.
SİA-nın məlumatına görə, France24 xəbər verir ki, bu barədə AFP-yə qrupun yüksək rütbəli nümayəndəsi bildirib.
AFP-nin mənbəsi Qəzzadakı münaqişənin həlli üçün Qahirədə keçiriləcək toplantı başlamazdan əvvəl Fələstin hərəkatının sülh razılaşmasına hazır olduğunu bildirib.
O, həmçinin HƏMAS-ın bütün girovları bir anda azad etməyə hazır olduğunu bildirib.
Bundan əvvəl HƏMAS yaraqlıları Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhmana ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa münaqişənin həllindən sonra Qəzza zolağına nəzarətdən imtina etməyə hazır olduqları barədə mesaj çatdırıblar.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə