Kanadanın yeni Baş naziri Mark Karni parlamenti buraxmaq və aprelin 28-də növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul edib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, seçkilər ABŞ-la Kanada arasında gərginlik və ticarət müharibəsi fonunda baş verir və bu məsələnin seçkiqabağı kampaniyanın əsas mövzusu olacağı gözlənilir.
Daha əvvəl seçkilərin oktyabrın 20-nə qədər keçirilməli olduğu deyilirdi. Ekspertlər seçkinin erkən keçirilməsinin hakim Liberallar Partiyası üçün də faydalı olacağını ehtimal edirlər.
Seçki ilə bağlı qərar Mark Karni baş nazir kimi and içdikdən 9 gün sonra verilib. Onun bu marafonda əsas rəqibi Mühafizəkarlar Partiyasının lideri Pyer Pualevr olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə