Mübadilə Belarus vasitəsilə həyata keçirilib
Ukrayna və Rusiya 175 hərbi əsiri bir-birinə təhvil verib. Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrinin 22 ağır yaralı hərbçisi Kiyevə qayıdıb.
SİA-nın məlumatına görə, bir gün əvvəl ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra Putin Moskvanın “xoşməram jesti” çərçivəsində 23 yaralı ukraynalı əsgərin Ukraynaya göndəriləcəyini vəd edib.
Rusiya Müdafiə Nazirliyi Rusiya hərbçilərinin Belarusda olmasına aydınlıq gətirib.
Əsir mübadiləsinin təşkilində BƏƏ-nin də iştirakı qeyd olunub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə