Putin xarici şirkətlərin Rusiyaya qaytarılmasından danışıb...

Vaxtilə Rusiyanı tərk etmiş bəzi Qərb şirkətləri indi geri qayıtmağı planlaşdırır.

SİA-nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin deyib.

Eyni zamanda, dövlət başçısı getmiş Qərb rəqiblərinin yerini tutan bəzi Rusiya şirkətlərinin investisiya dövriyyəsinin müxtəlif mərhələlərində olduğuna diqqət çəkib.

Bəziləri pul qoyub, bəziləri istehsalat qurub, bəziləri isə yeni tikintiyə başlayır. Onların əməyi və yatırılan resursları sıfıra endirilməməlidir.

...Bizim üçün Rusiya şirkətlərinin maraqları həmişə üstün olacaq. Biz bu mövqeyi nəzərə alaraq xarici biznesin bazara qaytarılması məsələsinə baxacağıq, - deyə prezident bildirib.

O, əvvəllər demişdi ki, Rusiyaya qayıdan xarici şirkətlər öz keçmiş bizneslərini yerli sahiblərdən ucuz qiymətə almamalıdırlar.

Bununla bağlı dövlət başçısı Ukraynada xüsusi əməliyyat başlayandan sonra bazarı tərk etmiş firmaların geri qaytarılması prosedurunun işlənib hazırlanmasına göstəriş verib.
Məsələ burasındadır ki, biznesini endirimlə satanlar onu eyni ucuz qiymətə geri almasınlar.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə