Avropanın sıralarında Türkiyə olmadan qlobal oyunçu rolunu oynamaq getdikcə çətinləşir.
SİA xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Biz Avropanın ayrılmaz hissəsiyik və inteqrasiya prosesimizə strateji prioritet kimi baxırıq", - deyə Ərdoğan qeyd edib.
Prezident “Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkünsüzdür" deyərək Avropadan bu həqiqəti başa düşmələrini və Türkiyənin Aİ-yə tam üzvlüyünü dəstəkləmələrini gözlədiklərini bildirib.
Ərdoğan, həmçinin İslamofobiya və irqçiliyin artması məsələsinə də toxunub, Qərb ölkələrində milyonlarla müsəlman əhalisinin olduğu regionlarda bu cür mənfi halların artdığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə