Serbiya Silahlı Qüvvələrinin Fəxri qarovul dəstəsi mayın 9-da Moskvada Qızıl Meydanda keçiriləcək Qələbə paradında iştirak edəcək.
SİA xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən məlumat yayıb.
...Serbiya Silahlı Qüvvələrinin Fəxri qarovul dəstəsi mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcək. Bir eşelon - 70-dən çox adam cəlb olunacaq, - deyə agentlik məlumat yayıb.
Yanvarın 21-də prezidentin köməkçisi Yuri Uşakov Rusiya lideri Putinin Yaponiya üzərində qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etmək üçün Çinə dəvət edildiyini açıqlayıb.
Kreml hadisələrin sentyabrın 3-də Pekində baş verəcəyinə aydınlıq gətirib.
Ötən il dekabrın 14-də Serbiya prezidenti Aleksandr Vuçiç Moskvada keçiriləcək Qələbə Paradında iştirak etmək üçün Slovakiyanın baş naziri Robert Fiko ilə razılaşdığını elan edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə