Rusiyalı pilotlar uçuş zamanı UFO görüblər

Göyərtəsində sərnişinlərin olduğu Rusiya aviaşirkətinin təyyarəsinin pilotları uçuş zamanı naməlum uçan obyekti (UFO) görüblər.

SİA-nın məlumatına görə, bu barədə Aviaincident Telegram kanalı yazır.

Cümə axşamı, fevralın 27-də Sankt-Peterburqdan Çelyabinskə uçan Airbus A319 təyyarəsində gözlənilməz vəziyyət yaranıb.

Demək olar ki, havaya qalxdıqdan dərhal sonra ekipaj səmada boz top olduğunu bildirib.

Hadisə uçuşun təhlükəsizliyinə təsir etməyib. Hadisə ilə bağlı hava hücumundan müdafiə orqanları məlumatlandırılıb. Bundan əvvəl Yekaterinburqdan Moskvaya uçan Rusiya aviaşirkətinə məxsus sərnişin təyyarəsində uçuş zamanı nasazlıq yaranıb.

Fövqəladə hadisə çərşənbə axşamı, fevralın 25-də baş verib. Ekipaj hesablama sistemlərindən birinin nasazlığı barədə məlumat verib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə