Fransa Almaniyada nüvə qüvvələri yerləşdirir..?

Fransanın nüvə qüvvələrinin Almaniyada yerləşdirilməsi Avropa və qlobal təhlükəsizlik üçün risklər yarada bilər.

SİA-nın məlumatına görə, bunu Dövlət Dumasının deputatı Yuri Şvıtkin deyib.

Eyni zamanda o, Fransa prezidenti Emmanuel Makronun ABŞ prezidenti Donald Trampla görüşdən sonra bu addımı atmayacağına əminliyini ifadə edib.

...Nüvə qüvvələrinin istənilən yerdə yerləşdirilməsi Avropa və qlobal təhlükəsizlik strukturu üçün təhlükə yaradır, bunlar ciddi risklərdir, - siyasətçi bildirib.

...Mövcud vəziyyəti, hər an üçüncü dünya müharibəsinə çevrilə biləcək Rusiya-Ukrayna münaqişəsini nəzərə alsaq, təhlükə daha da böyük görünür.

Şvıtkinin sözlərinə görə, Rusiya istənilən ssenarinin inkişafına hazırdır və daha genişmiqyaslı münaqişənin inkişafının qarşısını almaq üçün əlindən gələni edir.

Onun fikrincə, qarşıdurmanın eskalasiyası riskləri də ABŞ-ın yeni administrasiyasının siyasəti ilə azalır.

...Mən düşünmürəm ki, Makron Trampla görüşdən sonra nüvə qüvvələri istiqamətində hər hansı addım atacaq. Məncə, Tramp təhlükəsizliyin təmin edilməsi və Rusiya-Ukrayna münaqişəsinə son qoyulması məsələsində kifayət qədər konstruktiv siyasət aparır.

Deputat belə hesab edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə