Rostov vilayətinin rayonlarından birində quduzluğa qarşı karantin tətbiq edilib.
SİA-nın məlumatına görə, müvafiq sənədi Rostov vilayətinin qubernatoru səlahiyyətlərini icra edən Yuri Slyusar imzalayıb.
Bölgənin Belokalitvinski rayonunda karantin qüvvədədir. Məlum olub ki, Belaya Kalitva şəhərindən bir qədər aralıda yırtıcı cəsədi aşkar edilib.
Müayinə zamanı yırtıcı heyvanın quduzluq xəstəsi olduğu məlum olub.
Bu səbəbdən şəhərdə, eləcə də Potseluyevskoye ovçuluğunun ərazisində karantin tətbiq edilib.
Onun qüvvədə olduğu müddətdə yaşayış məntəqələrindən heyvanların çıxarılması, kənd təsərrüfatı yarmarkalarının təşkili, quduzluğa həssas heyvanların ovlanması qadağandır. ...Yeri gəlmişkən, bundan əvvəl Moskva vilayətinin iki yaşayış məntəqəsində quduzluq xəstəliyinin qeydə alındığı bildirilirdi.
...Yaroslavl vilayətində də yeni quduzluq halı aşkarlanıb.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə