...RUDN, yəni Rusiya Xalqlar Dostluğu Universitetinin riyaziyyatçıları Yer kürəsində bəşəriyyətin mümkün kütləvi məhvini təsvir edən nəzəri model yaradıblar.
Bu araşdırmada elm adamları bitki örtüyünün iqlim dəyişikliyinə töhfəsini və orqanizmlərin təkamüllə uyğunlaşmalarını nəzərə alıblar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, əgər belə bir tükənmə baş versə, bu, planetimizdə ilk olmayacaq.
Son 500 milyon il ərzində beş kütləvi yoxa çıxma baş verib ki, bu da növlərin sayının iki dəfə azalması ilə nəticələnib.
…Bəzi tədqiqatçılar məhvi qlobal soyuma ilə əlaqələndirir, bəziləri isə bunun səbəbinin istiləşmə olduğunu düşünür. Mütəxəssislər həmçinin bitki örtüyünün təsirinin və növlərin yeni şəraitə uyğunlaşma qabiliyyətinin nəzərə alınmasının vacibliyini vurğulayırlar.
Tədqiqatın nəticələri göstərib ki, müəyyən bir növün nəsli kəsilməsi iqlim şəraiti ilə təkamül reaksiyasının sürəti arasındakı əlaqədən asılıdır.
Uyğunlaşma qabiliyyətləri də zamanla inkişaf edir. Nəticədə uyğunlaşma yalançı nəsli kəsməyə gətirib çıxara bilər ki, bu da növlərin sayını müvəqqəti olaraq azaldacaq, lakin sonra onlar əvvəlki sayına çata bilərlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə