Kamilə Vəliyeva Rusiyanı tərk edib…

Fiqurlu konkisürən medallarla bağlı yeni qalmaqal fonunda ölkəni tərk edib.

SİA-nın məlumatına görə, o, hazırda BƏƏ-də olduğunu sosial şəbəkədə elan edib.

İdmançı Telegram-da fotoşəkillərlə bir neçə paylaşım dərc edib. Şəkillərdə fiqurlu konkisürən xoşbəxt və gülümsəyir. Vəliyevanın Rusiya Federasiyasını nə qədər müddətə tərk etdiyi və geri dönəcəyi məlum deyil.

Vəliyeva medallarla bağlı yeni qalmaqal fonunda Rusiyanı tərk edib - o, dörd il diskvalifikasiya olunduqdan sonra hələ də bir medalı qaytarmayıb.

Xatırladaq ki, ötən ilin yanvarında İdman Arbitraj Məhkəməsi idmançını dopinqdə təqsirli bilib və 2021-ci ilin dekabrından onun nailiyyətlərini ləğv edib.

O, təkcə medalları deyil, həm də turnirlərdə qalib gəldiyi üçün pul mükafatlarını qaytarmalı olub.

Sport.ru portalı hüquqşünasa istinadən yazır ki, mükafatları qaytarmaqdan imtinaya görə heç bir sanksiya yoxdur, lakin mükafat pulunun qaytarılmamasına görə cəza nəzərdə tutulur. Vəliyeva 2025-ci ilin dekabrında yarışa qayıda biləcək. Əlavə edək ki, daha əvvəl Beynəlxalq Konkisürmə İttifaqı rusiyalı idmançıların 2026-cı ildə Milanda keçiriləcək Olimpiadada iştirakına icazə verilməsi barədə qərar qəbul edib.

... Bu arad Dövlət Dumasının deputatı Svetlana Jurova rusiyalı fiqurlu konkisürən Kamilə Vəliyevaya məsləhət verib.

Onun sözlərini “VseProSport” sitat gətirir. Jurova Vəliyevaya dopinq qəbul etdiyi üçün əlindən alınan medalları geri qaytarmağı tövsiyə edib.

…Bəli, Vəliyeva Avropa çempionatında bu qızıla layiq idi. Amma bu mükafat qalmaqalla əlaqələndirilir. Biz bu medalı geri qaytarmalıyıq, əks halda dopinq qalmaqalı xatırlanacaq.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə