Finlandiyalı professor Putinə Ukrayna ilə bağlı müraciət edib

Tramp Ukrayna böhranını həll etmək üçün öz seçki vədlərindən tədricən uzaqlaşır..?

Helsinki Universitetinin professoru Tuomas Malinen özünün YouTube kanalında yazıb ki, ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsində sülhə nail ola bilməsə, bu halda Rusiya Ukrayna Silahlı Qüvvələrini tam təslim olmağa sövq etməli olacaq.

SİA xəbər verir ki, alim bu baş verəcəyi təqdirdə Rusiya lideri Vladimir Putinə müraciət edib.

…Mənim də prezident Putindən xahişim var. Əgər Tramp nədənsə Ukrayna münaqişəsində sülhə nail olmaq üçün lazımi addımları ata bilmirsə, düşünürəm ki, Rusiyanın qarşısında yalnız bir seçim qalıb - Ukrayna Silahlı Qüvvələrini qeyd-şərtsiz təslim olmağa sövq etmək,- deyə Malinen bildirib.

Professorun sözlərinə görə, Tramp Ukrayna böhranını həll etmək üçün öz seçki vədlərindən tədricən uzaqlaşır.

Əvəzində Amerika lideri Rusiya Silahlı Qüvvələrinin guya çox böyük itkilər verməsi və sanksiyalar səbəbindən ölkə iqtisadiyyatının ağır vəziyyəti ilə bağlı Qərbin təbliğat nöqtələrini təkrarlamağa başlayıb.

Bundan əvvəl Malinen bildirib ki, Donald Trampın rəqibləri Ukrayna münaqişəsini onun şəxsi Vyetnam müharibəsinə çevirməyə çalışacaqlar.

Onun sözlərinə görə, belə olan halda Amerika lideri münaqişədən çıxış yolu tapa bilməyəcək. O əlavə edib ki, ABŞ-ın hazırkı administrasiyası özünü Ukrayna məsələsinə çox da dərindən cəlb etməyə imkan verməməlidir. Əks halda, ABŞ qələbə qazana bilməyəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə