...Və təyyarə qəzasından sonra ABŞ fevralın 10-da Hindistanda başlayacaq hava şousunda iştirak etmək təklifini ləğv edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ABŞ orada özünün ən yeni F-35 qırıcısının uçuşunu nümayiş etdirməyi planlaşdırırdı.
Amma bu model bir neçə gün əvvəl Alyaskada qəzaya uğrayıb. İndi döyüş təyyarəsi Hindistanda yalnız displey modeli kimi təqdim olunacaq.
Buna görə də, ən yeni, ən müasir qırıcıların nəsli yalnız Rusiyanın Su-57-si ilə təmsil olunacaq və potensial alıcılar üçün ABŞ-la mübarizəyə faktiki son qoyacaq..?
Xatırladaq ki, yanvarın 29-da ABŞ-ın Alyaska ştatında beşinci nəsil F-35 qırıcısı qəzaya uğrayıb.
Bütün bunlar 354-cü Hava Qanadının yerləşdiyi Eielson Hərbi Hava Qüvvələri bazasında uçuş-enmə zolağında baş verib.
Təyyarə uçuş-enmə zolağına yaxın yerə düşüb və sonra partlayıb.
Və bir neçə gün sonra Vaşinqtonda daha bir faciə baş verib. Belə ki, Ronald Reyqan Milli Hava Limanı yaxınlığında American Airlines sərnişin təyyarəsi və Black Hawk hərbi helikopteri toqquşub və nəticədə onlar Potomak çayına düşüb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə