Meksika Tramp administrasiyasının tələbini rədd edib

Ölkə ABŞ-dan deportasiya edilənləri daşıyan təyyarəni qəbul etməkdən imtina edir

...Meksika ABŞ-dan miqrantları deportasiya edən təyyarəni qəbul etməkdən imtina edib. Ölkə ABŞ prezidenti Donald Trampın administrasiyasının tələbini rədd edib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna Reuters-ə istinadən xəbər verir.

Qeyd olunur ki, ABŞ hərbi təyyarələri yanvarın 24-də hər göyərtəsində 80-ə yaxın miqrant olmaqla Qvatemalaya iki uçuş həyata keçirib.

Lakin ABŞ C-17 nəqliyyat təyyarəsini Meksikaya endirmək planını həyata keçirə bilməyib. Ölkə təyyarənin enişinə icazə verməkdən imtina edib. Miqrantlar hərbi təyyarələrlə deportasiya edilir, çünki bu, Trampın elan etdiyi milli fövqəladə vəziyyətə Pentaqonun reaksiyasının bir hissəsidir.

Meksika Xarici İşlər Nazirliyi, öz növbəsində, ölkənin ABŞ ilə "əla əlaqələri" olduğunu, immiqrasiya məsələlərində əməkdaşlıq etdiyini və meksikalıları "açıq qollarla" qarşıladığını söyləyib.

Bundan əvvəl Tramp Meksika ilə ortaq sərhəddə fövqəladə vəziyyət elan edib və ora mindən çox əlavə hərbçi göndərilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə