...Ukrayna prezidenti Vladimir Zelenski 2024-cü ildə hərbi münaqişənin Ukraynaya 100 milyard dollardan çox ziyan vurduğunu deyib.
SİA-nın məlumatına görə, onun sözlərini TASS xəbər verir. Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşdən sonra Zelenski deyib ki, 2024-cü il müharibəsi Ukraynaya müdafiə qüvvələrini təmin etmək baxımından 100 milyard dollardan çox baha başa gəlib.
Onun sözlərinə görə, bu məbləğin 40 faizini Ukrayna, qalan 60 faizini isə ABŞ və Avropa təmin edib.
Zelenski və Starmer daha əvvəl Ukraynaya hər il azı 3,6 milyard dollar hərbi yardım köçürmək barədə razılığa gəliblər.
Böyük Britaniyanın baş naziri əlavə edib ki, Böyük Britaniya Ukraynaya 150 artilleriya çəlləsi verəcək və bu, bir neçə həftə ərzində ölkəyə gələcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə