Rus 16 yaşlı qonağı sinəsindən bıçaqlayıb

İrkutsk vilayətində 32 yaşlı yerli sakin 16 yaşlı qonağın döş qəfəsindən bıçaqla vurduqdan sonra polisə təslim olub.

SİA xəbər verir ki, bu barədə Lenta.ru-ya Rusiya İstintaq Komitəsinin (İK) regional idarəsi məlumat verib.

Hadisəni törədən şəxs barəsində cinayət işi açılıb.

İstintaqın məlumatına görə, yanvarın 14-də axşam saatlarında Çunski rayonunda kirayədə qaldığı mənzildə şübhəli şəxs və onun dostu azyaşlının yanında spirtli içki qəbul ediblər. Ziyafət zamanı kişi ilə qonaqlar arasında mübahisə düşüb, o, qıza və onun dostuna xəsarət yetirib.

O, aldığı xəsarətlərdən sağ çıxa bilməyib.

Hazırda müstəntiqlər saxlanılan şəxslə işləyir.

Onlar həmçinin profilaktika sisteminin məsul şəxslərinin hərəkətlərinə qiymət verəcəklər.

...Yanvarın 3-də bildirilib ki, Kalininqradda 17 yaşlı yeniyetmə Serjant Koloskov küçəsində yerləşən kafedə atəş açıb. Nəticədə o, həmyaşıdını yanağından yaralayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə