Rusiya türmələrində isti yeməyə həsrət qalan əməkçi miqrantlar...

Orta Asiyadan olan miqrantlar Rusiya həbsxanalarında lazımi qidaya çıxışı olmayan həbsxanalarda saxlanılırlar

....Deportasiyasını gözləyən xeyli sayda Mərkəzi Asiyadan olan miqrantlar lazımi qidaya çıxışı olmayan Rusiya həbsxanalarında saxlanılırlar.

SİA-nın məlumatına görə, xüsusi saxlanma mərkəzlərində sıxlıq olduğu üçün miqrantları rus həbsxanalarına yerləşdiriblər.

Ruslar qondarma “Crocus City Hall” olayını törətdikdən sonra qanunsuz mühacirlərə qarşı kütləvi reydlər daha böyük “vüsət” alıb. Belə ki, rus polisi qabağına çıxanı tutur deyə, indi ölkədə miqrantların saxlanma mərkəzlərində yerlər tükənir. Ona görə də, onları həbsxanalarda saxlayırlar, özü də yarıac...

Deyilənlərə görə, həbsxanalarda ərzaq qıtlığı var və Mərkəzi Asiyadan olan miqrantlar deyirlər ki, onların “normal qida”ya çıxışı yoxdur.

Budur, Sverdlovsk vilayətinin Pervouralsk rayonundakı həbsxanaya gətirəndən miqrantlar, onlara isti yemək verilmədiklərini deyirlər.

...Hər şey qadağandır. Biz ancaq çörək yeyirik!

Bunu həbsdəki miqrantlardan biri deyib.

...Deyilənlərə görə, hazırda Sverdlovsk vilayətində həbsdə olan Orta Asiya vətəndaşlarının dəqiq sayı məlum deyil. Ancaq 2024-cü il dekabrın sonunda polisin genişmiqyaslı reydləri zamanı bölgədə yüzlərlə əcnəbinin saxlanıldığı bildirilir.

Sverdlovsk vilayətində həbsdə olanların əksəriyyəti Qırğızıstan, Tacikistan və Özbəkistandan olan əmək miqrantlarıdır. Onlar immiqrasiya qaydalarını pozmaqda şübhəli bilinərək saxlanıldıqlarını deyirlər, amma...

Qanuna görə, Rusiyada immiqrasiya qaydalarını pozduqlarına görə saxlanılan əcnəbilər öz işləri ilə bağlı məhkəmə qərarını və ya deportasiya tarixini gözləyərkən xüsusi miqrant mərkəzlərində saxlanılmalıdır.

...Yenə də amma ruslar buna əməl edirlərmi? Miqrant mərkəzlərində yer yoxdur, “feso”!

...Maraqlıdır ki, həmvətənlərinin ruslar tərəfindən necə alçaldıqlarını bilib, buna göz yumub, biganə münasibət bəsləyən Mərkəzi Asiyalı səlahiyyətlilər də öz “qınlarına çəkiliblər”.

Məsələn, Yekaterinburqdakı Tacikistan konsulluğunun nümayəndəsi xüsusi mərkəzlərdə yer çatışmazlığı səbəbindən çoxlu sayda miqrantın həbsxanalarda saxlanması ilə bağlı xəbərləri təsdiqləyib.

...Və, bu, müvəqqəti tədbirdir. Əcnəbilər üçün müvəqqəti saxlama yerləri olan kimi onları ora köçürəcəklər,-deyib

Əslində etiraf edilməlidir ki, Rusiya 30 ildən çox əvvəl Sovet İttifaqının dağılmasından bəri işsizlik və yoxsulluğun tüğyan etdiyi Orta Asiyadan gələn milyonlarla əməkçi miqrantın evidir..?

...Amma neyləməli ki, Rusiyada əməkçi miqrantların hüquqlqrını qoruyacaq bir kimsə yoxdur?..

Yeri gəlmişkən, 2024-cü ilin yanvar-iyul aylarında 143 mindən çox insanın Rusiyaya girişinə icazə verilməyib, 93 minə yaxın insan isə ölkədən deportasiya edilib. Rəsmi Rusiya məlumatlarına görə, rəqəmlər əvvəlki illə müqayisədə xeyli yüksəkdir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə