Tramp Baydeni nədə ittiham edib?

Bayden 625 milyon hektardan çox sahil sularında neft və qaz işlənməsini qeyri-müəyyən müddətə əngəlləyib.
Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydeni guya hakimiyyətin ötürülməsini mümkün qədər çətinləşdirmək üçün qəsdən mümkün olan hər şeyi etməkdə ittiham edib. Siyasətçi bu barədə bazar ertəsi, yanvarın 6-da özünün Truth Social sosial şəbəkəsində yazıb. Xüsusilə, o, Bayden administrasiyasının iqlim və neft hasilatı ilə bağlı son fərmanlarını tənqid edib.

CNN xatırladır ki, Co Bayden 625 milyon hektardan çox sahil sularında neft və qaz işlənməsini qeyri-müəyyən müddətə əngəlləyib. Bayden administrasiyası bunu onunla izah edib ki, bu, dövlətin enerji ehtiyaclarını ödəmək üçün lazım deyil və üstəlik, ekoloji risklər daşıyır.

Jurnalistlər bu qadağanın müəyyən ərazilərdə neft və qaz hasilatının qarşısının alınmasını nəzərdə tutan federal qanun əsasında qoyulduğunu vurğulayırlar ki, belə bir qərarın ləğvi mümkünsüzdür. Əvvəllər bu qanun mərcan riflərini və dəniz ekosistemlərini qorumaq üçün istifadə olunurdu.

Tramp Baydenin Atlantik və Sakit Okeanların bəzi hissələrində dənizdə neft və qaz işlənməsini həmişəlik qadağan etmək qərarını ləğv etmək istədiyini söyləyib. "Mən Baydenin ABŞ-ın 625 milyon akr dənizində bütün neft və qaz qazma işlərinə qadağa qoyduğunu indicə öyrəndim. Baxın, bu, gülüncdür. Mən bu qadağanı dərhal ləğv edəcəyəm", - Tramp deyib.

Xatırladaq ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp neftin qiymətini aşağı salmağı planlaşdırır və bu, Rusiyaya ciddi zərbə vura bilər.

V.VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə