Türkiyə sakini prezident Rəcəb Tayyib Ərdoğanla şəxsi söhbəti zamanı onun nəzərəçarpacaq dərəcədə yaşlandığını qeyd edib və ona yumorla cavab verib.
SİA xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
...Ərdoğanın dekabrın 31-də Arnavutköy şəhərinə gələrək sosial qəsəbə adlanan ərazidə sakinlərlə görüşdüyü deyilir. Yaşlı qadınlardan biri əvvəlcə onu tanımasa da, prezidentin qarşısında oturduğunu anlayaraq deyib: “Ay! Amma qocalıb”.
Ərdoğan ona belə cavab verib: “Düzdür. Kim yaşlanmır? Hamımız qocalırıq”.
O, bu qadını da gözəl adlandırıb.
Bundan əvvəl Ərdoğan özünü və rusiyalı həmkarı Vladimir Putini dünyada qalan yeganə lider kimi xarakterizə edib. …Mən bunu mənə görə demirəm, deyən Ərdoğan xatırladıb ki, onun səlahiyyət müddəti 22 ildir, Vladimir Putin demək olar ki, eyni müddət ərzində hakimiyyətdə olub, “hamı getdi”…
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə