Əsma Əsəd xərçəng müalicəsi üçün İngiltərəyə qayıda bilməz!?.

...Böyük Britaniyanın daxili işlər naziri İvette Kuper Əsədin səhhətindəki problemlərə görə ölkəyə buraxılmaq fikrində deyil.

SİA-nın məlumatına görə, Əsma Əsədin Britaniya pasportunun müddəti 4 il əvvəl başa çatıb.

Artıq əvvəl də deyldiyi kimi, Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma xərçənglə mübarizəsini davam etdirmək üçün doğulduğu Londona qayıda bilmir.

“The Times” qəzetinin yazdığına görə, Əsma Əsədin Britaniya pasportunun müddəti 4 il əvvəl başa çatıb.

Krallığın Daxili İşlər Nazirliyi Suriyanın keçmiş liderinin həyat yoldaşının etibarlı sənədinin olmadığını təsdiqləyib. Departament bildirib ki, Böyük Britaniyanın daxili işlər naziri İvette Kuper səhhətində yaranan problemlərə görə Əsədin ölkəyə daxil olmasına icazə verməyi planlaşdırmır.

...Dekabrın ortalarında Bəşər Əsədin həyat yoldaşının Moskvadakı həyatdan narazı olduğu, üsyançılar Dəməşqi ələ keçirdikdən sonra buraya gəlməli olduğu və boşanmaq üçün məhkəməyə müraciət etdiyi bildirildi.

Bu arada İsrail mediası da Əsmanın Britaniyaya köçməyi planlaşdırdığını yazıb.

Teleqraf daha sonra Əsma Əsədin leykoz xəstəliyinin residivlə üzləşdiyini və təcrid vəziyyətində olduğunu açıqlayıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə