Xüsusi hərbi əməliyyat zonasından qaçan hərbçi və onun silahdaşları Cənubi Osetiyada saxlanılıblar.
SİA xəbər verir ki, bu barədə Sapa Tsxinvali məlumat yayıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı gənc Cənubi Osetiyanın Gürcüstanla sərhədini keçməyə cəhd edib. Onun respublikaya girməsinə əlaltıları kömək ediblər.
Onu qondarma qeydiyyatla otelə yerləşdiriblər.
İki Gürcüstan vətəndaşı sərhədi keçərək hərbçilərə Cənubi Osetiyanı tərk etməyə kömək etmək niyyətində idi. Lakin onlar təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Noyabrın sonunda Abxaziyanın Oçamçira rayonunun Qup kəndində iki Rusiya vətəndaşı saxlanılıb, onlardan biri Ukrayna Təhlükəsizlik Xidməti ilə əməkdaşlıqda, digəri isə fərarilikdə şübhəli bilinir.
Hər ikisi respublikaya saxta sənədlərlə gəliblər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə