“Türkiyəni yeni dünyaya hazırlamağa çalışırıq”,

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumət olaraq texnoparklar, texnofestlər, tədqiqat və inkişaf yatırımları, təşviqlər və dəstək paketləri ilə Türkiyəni yeni dünyaya hazırlamağa çalışdıqlarını bildirib.

SİA-nın məlumatına görə, Prezident R.T.Ərdoğan Bursa şəhərində keçirilən İqtisadiyyata Dəyər Qatanlar Mükafat Mərasimində çıxış edib. O, illik 37 milyard dollarlıq ixracata malik 1 milyon 200 mindən çox insana məşğulluq təmin edən konfeksiya, tekstil, dəri və mebel sektorlarında rəqabət gücünü qorumağı hədəflədiklərini qeyd edərək istehsal və məşğulluğu qorumaq üçün 2025-ci ilin yanvar ayında Məşğulluğun Qorunması Proqramını işə salacaqlarını bildirib.

Ərdoğan, Türkiyə iqtisadiyyatının son 22 ildə orta hesabla 5,3 faiz böyüdüyünə də diqqət çəkib. Süni intellekt texnologiyası və pilotsuz sistemlərin inkişafı ilə dünyanın artıq tamamilə fərqli bir istiqamətə getdiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan "Hökumət olaraq texnoparklar, teknofestlər, tədqiqat və inkişaf yatırımları, təşviqlər və dəstək paketləri ilə Türkiyəni yeni dünyaya hazırlamağa çalışırıq", – deyə qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə