Bəşər Əsədin həyat yoldaşında xərçəng diaqnozu qoyulub

...Suriyanın keçmiş prezidenti Bəşər Əsədin həyat yoldaşı Əsma Əsəd qan xərçəngi olan kəskin miyeloid leykoz xəstəliyinin residivi yaşayır.

SİA-nın məlumatına görə, bu barədə “The Telegraph” mənbələrə istinadən yazıb.

Nəşrin qeyd etdiyi kimi, həkimlər onun xəstəliyi sağaltmaq şansını təxminən 50/50 olaraq qiymətləndirirlər.

...Leykemiya geri qayıdanda dəhşətli olur. Son bir neçə həftə ərzində onun vəziyyəti 50/50 olub.

Bunu Suriyanın keçmiş prezidentinin Moskvadakı ailəsi ilə əlaqə saxlayan mənbə qəzetə bildirib.

Əsmanın ona yoluxucu xəstəliklərin keçməsinin qarşısını almaq üçün ayrıca steril otaqda təcrid olunduğu bildirilir. Əsədin həyat yoldaşına başqa insanlarla eyni otaqda olmaq qadağandır, lakin atası Fəvaz əl-Əxras bir müddət Moskvada ona baxıb.

Mənbələrin dediyinə görə, kişinin “ürəyi qırılıb”. Suriyanın keçmiş prezidentinin həyat yoldaşı ən azı 2024-cü ilin may ayından leykemiyadan müalicə alır.

Əsma Əsəd rejiminin devrilməsindən həftələr əvvəl Moskvaya gəlib və Rusiyanın paytaxtında xərçəng xəstəliyinin müalicəsinə başlayıb.

Bildirilir ki, ona 2018-ci ildə erkən mərhələdə döş xərçəngi diaqnozu qoyulub, lakin 2019-cu ilin yanvarında şiş çıxarılıb.

Bundan əvvəl mediada Əsma Əsədin Moskvadakı həyatdan narazı olduğunu və boşanmaq üçün məhkəməyə müraciət etdiyi barədə məlumatlar yayılıb. Qeyd olunur ki, Əsma guya Böyük Britaniyadakı vətəninə qayıtmaq niyyətindədir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə