...NATO-nun modernləşdirməyə cavabdeh olan yüksək səviyyəli hərbi rəsmilərindən biri Avropa ölkələrində müdafiə istehsalında bir çox proseslərin bürokratik xarakterini tənqid edərək, tez silahlanma və müasir risklərə hazırlaşmaq üçün dəyişikliklərə ehtiyac olduğunu qeyd etdi.
SİA xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
...Sentyabr ayında NATO-nun Müttəfiqlərin Transformasiya üzrə Komandanı olmuş fransız admiral Piyer Vandye, vəzifədə olarkən ilk müsahibəsində deyib ki, avropalılar qlobal silahlanmaya rəhbərlik etmək şansına sahib olmaq üçün daha sürətli hərəkət etməli və müdafiəyə daha çox sərmayə qoymalıdırlar.
...Avropa gələcək silahlı döyüşlərdə özü üçün müəyyən etdiyi qaydalarla qalib gələ bilməyəcək.
Bunu deyən dedi Vandye, problemlərdən birini müxtəlif qaydalara həddən artıq seçici riayət etmək və yeni silah eləcə də texnikanın hazırlanmasında həddindən artıq mükəmməllik adlandırıb.
...İndi biz istehsalçının 15 il ərzində təslim etməli olduğu silahlarda hər şeyin mükəmməlliyini nümayiş etdirməliyik... Əgər silahlanma yarışında tempi saxlamaq istəyiriksə, qaydaları dəyişdirməliyik...
Məsələn, yeni “Qriffon” zirehli transportyorlarının dizaynı yenidən işlənməli idi, çünki işıqlandırma elementləri həddən artıq hündürdə yerləşdirilib və yol standartlarına cavab vermirdi. Fransız freqatları müəyyən təkmilləşdirmələr üçün illər gözləməli olur, amerikalılar isə bu prosedurları bir neçə günə həyata keçirirlər.
Bunları da Vandye deyir, o, Avropanın ABŞ ordusunun texnologiyaya və modernləşməyə yanaşmasından dərs almalı olduğu fikrini ifadə edib.
...Onların həvəsi və risk etmək bacarığı təməldir. Admiral qeyd edib ki, Avropada biz “risk etmirik”.
...O, Asiyada vəziyyətin necə inkişaf etdiyinə görə Avropanın da güclü müdafiə sənayesinə malik olmasının ABŞ üçün vacib olduğu fikrini də ifadə edib.
Admiral əmin olduğunu bildirib ki, Avropa müdafiə sənayesi Amerika şirkətləri üçün “podratçıdan daha çox şey” ola bilər. ...Mən optimistəm... Oyanmaq vaxtıdır. Biz əslində çox yaxşı bir şey edə bilərik. Bu o deməkdir ki, biz vəsaitlərdən səmərəli istifadə etməliyik, daha çox risk etməliyik və daha çox təcrübə aparmalıyıq...
Vandye deyir ki, müttəfiqlər üçün gələcəyin əsas problemlərindən biri odur ki, hərbi əməliyyatlar bir çox komponentlərin sinxronlaşdırılmasını tələb edəcək: quru, dəniz, hava, kiberməkanda, informasiya sahəsində və hətta kosmosda hərəkətlər.
Onun fikrincə, indi ən zəif həlqələr kosmos, İT və logistikadır.
...Avropada dünya əhalisinin 10 faizi yaşayır və müxtəlif sosial müavinətlərin 50 faizi Avropanın payına düşür... Elə vaxtlar olur ki, özümüzə deməliyik ki, əgər özümüzü müdafiə etmək istəyiriksə, bunu bir az yenidən nəzərdən keçirməliyik.
Bunu da son olaraq fransız admiral bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə