“Ax, zəifləmiş, aşağılanmış vətən, ax, yazıq vətən!..”

Tramp ABŞ-ın zəifləməsi və aşağılanmasından danışıb

...ABŞ ölkə prezidenti Cozef Baydenin siyasi kursuna görə dünya səhnəsində zəifləyir və aşağılanır.

SİA-nın əldə etdiyi məlumata görə, bunu çıxışı Truth sosial şəbəkəsindəki səhifəsində dərc olunan ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.

...Ölkəmiz məhv edilir. İqtisadiyyatımız Baydenin inflyasiya kabusu ilə əzilir. Sərhədlərimizə basqınlar, dəyərlərimizə hücumlar edilir. Kişilər qadın idmanına müdaxilə edirlər. Amerika dünya səhnəsində zəifləyir və alçaldılır.

Qeyd etdiyimiz kimi, Tramp bildirib bunu.

Yeri gəlmişkən vaxtı fövtə verməyən sabiq prezident, martın 2-də ABŞ vətəndaşlarının 20 faizdən də azının Cozef Baydeni ölkə prezidenti kimi dəstəklədiyi bildirilib.

Xatırladaq ki, bir gün əvvəl Tramp Cozef Baydeni ölkə tarixinin ən vicdansız və səriştəsiz prezidenti adlandırmışdı.

Bundan əvvəl Rusiya Elmlər Akademiyasının Təhlükəsizlik Araşdırmaları Mərkəzinin aparıcı elmi işçisi Konstantin Bloxin bildirmişdi ki, Tramp uzun müddətdir ki, ölkə sakinləri arasında reytinq və sorğularda liderdir.

...Və məhz o, qarşıdan gələn seçkilərdə yeni prezident kimi kürsüyə oturacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə