“Zelenski son güzəştli paketini alıb istefaya “göndərilə bilər””...

Amerikalı ekspert, Yorktaun İnstitutunun Təhlükəsizlik Siyasəti Mərkəzinin baş elmi işçisi Stiven Brayanın fikrincə, ABŞ-ın Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskiyə dəstəyini dayandırması ehtimalı var.

SİA RİA “Novosti”-yə istinadən xəbər verir ki, ekspertin fikirlərini “Asia Times”-dəki məqaləsində yazıb.
“Ola bilər ki, Zelenski Konqresi əlavə vəsait ayırmağa razı sala bilər. Amma bu, onun son “qələbəsi” ola bilər. Belə ki, o, güzəştli paket ala bilər, amma sonradan istefaya “göndərilə bilər”. Onun geri dönəcəyi ehtimalı isə azdır”.

Bu fikirləri bildirən Brayan vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri NATO-nun onlara ayırdığı silahlardan istifadə etsələr də, hələ də Rusiya müdafiəsini yarmayıblar.

Ukraynanın hücumu şəxsi itkilərin artmasına baxmayaraq davam edir.

“...Ukraynada hazırkı hökumətin nə qədər sabit olduğunu heç kim bilmir. Ukraynanın cəbhəyə neçə döyüş briqadası göndərə biləcəyi də bəlli deyil”. Bunu da Brayan əlavə edib.

O, həmçinin ABŞ-da iki ölkə arasında uzanan münaqişə səbəbindən narazılığın artdığını bildirib.

Brayana görə, bu Vaşinqtonun hərbi resurslarını tükəndirməklə itkilər verməsi ilə əlaqədardır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə