Cənubi Amerika ölkəsi Paraqvayda iqtidar partiyanın prezident namizədi, keçmiş iqtisadiyyat naziri Santyaqo Pena prezident seçilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, seçki heyətindən verilən açıqlamada, səslərin 96 faizinin hesablandığı Paraqvayda dəqiq olmayan nəticələrə görə, hakim "Kolorado Partiyasının" namizədi Pena 43,15 faiz səslə prezident seçilib.

Kolorado Partiyası bir müddət istisna olmaqla, Paraqvayda 20-ci əsrin ortalarından bəri hakimiyyətdədir.

Fazil Hənifəyev

Bütün xəbərlər Facebook səhifəmizdə