Yunanıstan XİN Aİ-nin Türkiyəyə dəstək verməli olduğunu bəyan edib

Brüsseldə Ukraynanın əsas mövzu olduğu Avropa İttifaqı xarici işlər nazirlərinin toplantısına qatılan Yunanıstanın xarici işlər naziri Nikos Dendias jurnalistlərə Ukrayna, Əfqanıstanda qadın hüquqları, iqlim böhranı və ekoloji problemlər kimi mövzuların müzakirə ediləcəyini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Nikos Dendias Türkiyəyə səfəri ilə bağlı həmkarlarına məlumat verəcəyini ifadə edərək, "Türkiyə və Suriyada zəlzələ qurbanlarının yanında necə dayana biləcəyimizi həmkarlarımla da danışmaq imkanım olacaq. Bunu deməkdən çox üzgünəm ki, bu ilk dəfə görülən çox böyük bir fəlakətdir. Böyük kömək və dəstəyə ehtiyac var” deyə bildirib.

Zəlzələdən sonra Hatay və Adanaya səfər edən Dendias Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə də görüşüb.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə