Qazaxıstan zəlzələdən zərər çəkənlər üçün 500 min dollar vəsait göndərib

Qazaxıstan Salih Nəsil Fondunun prezidenti Kasım Kasabekov Türkiyəyə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Salih Nəsil Vəqfi 8 ildir öz ölkəsində və xaricdə yardım fəaliyyətləri həyata keçirir. Türkiyədə baş verən zəlzələdən sonra hərəkətə keçdiklərini ifadə edən fond prezidenti, "Fondumuzun təsisçilər şurası Qazaxıstanın qurucu prezidenti Nursultan Nazarbayevin qardaşları, Bolat Nazarbayev, Nurbol Nazarbayev və digər xeyirxah qardaşlardan ibarətdir. İdarə heyətimizin üzvü Nurbol Nazarbayev zəlzələ xəbərini eşidən kimi fonda 500 min dollar köçürdü. O, şəxsən Türkiyəyə gedib nəyə ehtiyac olduğunu öz gözümüzlə görməmizi, öz dilimizdə başsağlığımızı bildirməyimizi və qardaşlarımızın yanında olduğumuzu göstərməyimizi istədi. Biz də bu məqsədlə bura gəldik” deyə açıqlama verib.

Bütün xəbərlər Facebook səhifəmizdə