Türkiyənin Balıkəsir vilayətində restoran müdiri Hakan Açıq qızının yaxın vaxtlarda baş tutacaq nişan mərasimi üçün təşkil edəcəyi şadlıq sarayını ləğv edərək pulunu AFAD-a bağışlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, qızı və kürəkəninin icazəsi ilə zəlzələdən zərərçəkənlərə dəstək olan ailə belə bir zamanda nişan etməyin düzgün olmadığını bildirib.
Nişan üçün bütün hazırlıqları gördüklərini və zəlzələdən sonra bunu ləğv etdiklərini deyən gənc qızın atası Hakan Açıq, “Qonaq otağı üçün hazırlıq görərkən bu zəlzələ ilə kədərli bir hadisə yaşadıq. Dedim ki, bu acıyla oynamaq düzgün olmaz. Əvəzində dedim ki, nişan xərcimizlə bir neçə zəlzələ ailəsinin ev ehtiyacını qarşılayacağıq. Qızım bu qərarıma çox sevindi” deyib.
Vanda əsgər olan kürəkəninin də müsbət rəyini alan Açıq, "Kürəkənim bu fikrə sevindi. İndi Allahın izni ilə göndərdik. Ümid edirəm ki, insanlıq üçün bir xeyri oldu" ifadələrini işlədib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB