Türkiyənin Kahramanmaraş əyalətində "əsrin fəlakəti" olaraq xarakterizə edilən zəlzələlərdən sonra hadisə yerinə dəstək üçün gələn Ukrayna axtarış-xilasetmə qrupunun rəisi Konstantin Silayev, "Bölgədəki insanlar bizə hər şəkildə kömək etməyə çalışırlar. Həm fiziki baxımdan, həm də mənəvi baxımdan onlar da bizə yardım edir, çay, su, yemək verirlər” deyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Silayev açıqlamasında "Müharibənin əvvəlində Türkiyənin bizə göstərdiyi dəstək və yardıma görə minnətdarlığımızı göstərmək üçün edə biləcəyimiz şey budur. Bu sadəcə kiçik bir təşəkkürdür" ifadəsini işlədib.
77 nəfərdən ibarət qrup fevralın 7-də Ukraynadan Türkiyəyə 10 axtarış-xilasetmə iti və 16 axtarış-xilasetmə maşını ilə yola düşüb. Qrup Hatayın Antakya ərazisində axtarış-xilasetmə işlərinə qatılıb.
AFAD ilə koordinasiyalı şəkildə fəaliyyət göstərən qrup, bölgədəki axtarış-xilasetmə işlərinə dəstəyini davam etdirir. Antakyada zəlzələdən təxminən 205 saat sonra Ukrayna qrupunun dəstəyi ilə aparılan iş zamanı 30 yaşlarında bir qadın dağıntılar altından xilas edilib.
Təxminən bir həftədir axtarış-xilasetmə işlərinə qatılan Ukrayna komandası zəlzələ nəticəsində həyatını itirən çoxlu sayda insanın cansız cəsədlərini çıxararaq ailələrinə təhvil verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB