Qətər əmiri Türkiyəyə səfər edir

Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani Türkiyəyə yola düşüb. SİA xəbər verir ki, bu barədə Qətər Xəbər Agentliyi məlumat yayıb.

Onun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi bildirilir. Səfər çərçivəsində Türkiyə Qətər arasında ikitərəfli əlaqələrin inkişafı ilə yanaşı, regional məsələlər müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə