Zəlzələ su anbarları üçün təhlükə yaradırmı? - NAZİR AÇIQLADI

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişci zəlzələnin su anbarlarına təsirindən danışıb. SİA "TRT Haber"ə istinadən xəbər verir ki, o, təhlükəli vəziyyətin olmadığını bildirib.

"Heç bir obyektimizdə su anbarlarının bəndlərində təhlükəsizliyi təhdid edən vəziyyət yoxdur. Su-elektrik stansiyaları ilə bağlı heç bir problem yoxdur. "Atatürk" və "Yarseli" anbarları ilə bağlı iddialar əsassızdır. Yaranmış çatlar təhlükəli deyil. Asi çayı Afrin kanalına yönəldilib, suyun səviyyəsi endirilib. Hazırda yoxlamalar edir, risk yoxdur", - deyə o söyləyib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 24 617 nəfər həyatını itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə