İranın paytaxtı Tehranda ticarət mərkəzinə məxsus əyləncə parkı “məcburi hicab qaydalarına əməl edilmədiyi” əsası ilə möhürlənib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Tehranın Tehranpars rayonunda yerləşən Elmas Ticarət Mərkəzinin bir hissəsi bağlanıb. Sözügedən qərar məhkəmə orqanları tərəfindən məcburi hicab qanununu pozduğuna əsaslanaraq qəbul edilib. Ötən günlərdə sosial mediada əksini tapan görüntülərdə Elmas Ticarət Mərkəzi şəhərciyindəki əyləncə parkı işçilərinin məcburi hicab qaydasına əməl etmədiyi görülüb.
Müəllif: Ziya Hikmət oğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB