Bütün Koreya sakinləri pulsuz mobil internetə çıxış əldə edəcəklər...

…Limitsiz və pulsuz internet 400 kbit/s ilə məhdudlaşdırılacaq. Koreyanın ən böyük mobil operatorları proqrama qoşulub.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, nazir Bae Kyung-hoon onlayn xidmətləri əsas ehtiyac adlandırıb və süni intellekt texnologiyalarına investisiya qoyulmasına çağırıb. Cənubi Koreyanın Elm Nazirliyi universal pulsuz mobil internetin istifadəyə verildiyini elan edib.

The Register-ə görə, yeni tədbir 2026-cı ilin iyun ayında qüvvəyə minəcək.

Əsas məlumat ehtiyatı tükəndikdən sonra 7 milyondan çox abunəçi 400 kbit/s ilə limitsiz giriş əldə edəcək.

SK Telecom, KT və LGUplus kimi əsas operatorlar proqrama qoşulub.

Nazir Bae Kyung-hoon izah edib ki, onlayn xidmətlər vətəndaşlar üçün əsas ehtiyacdır, ona görə də hər kəsin onlara çıxış hüququnu təmin etmək vacibdir.

Nazir əlavə edib ki, süni intellektin əsas rol oynayacağı gələcəyə aktiv şəkildə investisiya qoymaqla yanaşı, ictimai rifaha töhfə vermək lazımdır. Operatorlar həmçinin 20.000 von qiymətinə ucuz 5G tariflərini tətbiq edəcək, yaşlılar üçün paketləri genişləndirəcək və qatarlarda Wi-Fi-ı təkmilləşdirəcəklər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə