“WhatsApp”da yeni funksiya var...

...Məşhur “WhatsApp” messencerində media fayllarını sürətlə göndərmək üçün yeni funksiya var.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə WABetaInfo portalı məlumat yayıb.

Mütəxəssislər WhatsApp-ın foto və videolar kitabxanasına girişi sadələşdirdiyini bildiriblər. Mütəxəssislərin fikrincə, istifadəçilər artıq əlavə addımlar atmadan çatda plus işarəsini tutaraq qalereyanı sürətlə aça bilərlər.

Portal mütəxəssisləri qeyd ediblər ki, “App Store”dan “WhatsApp” proqramının ən son yeniləməsini quraşdıran iOS istifadəçiləri üçün foto kitabxananın tez açılması funksiyası əlçatandır.

Bundan əvvəl məlum olub ki, iOS əməliyyat sistemi əsasında qurulan cihazlar üçün WhatsApp-da linklərə baxışı söndürməyə imkan verən yeni funksiya olacaq.

Əvvəllər bildirilmişdi ki, iOS cihazları üçün WhatsApp-da videoları arxa fonda izləməyə imkan verən seçim olacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə