İqlim dəyişikliyi ilə bağlı elektron platforma istifadəyə verilib

Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı elektron platforma istifadəyə verilib. SİA xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə heyətinin sədri Saməddin Əsədov “İqlim dəyişikliyinə kosmosdan baxış” tədbirində deyib.

"Bu gün biz iqlim dəyişikliyinə kosmosdan baxış adlı elektron platformanı ictimaiyyətə təqdim edirik. Yeni platforma iki dildə olmaqla 5bölmədən ibarətdir. Platformanın əsas məlumat mənbəyi "Azersky" peyki olub. Platformada göstərilən məlumatlar iqlim dəyişikliyi barədə məlumatlılıq səviyyəsinin artmasına töhfə verəcək", - deyə o qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə