Amerikalılar Aya səyahət üçün avtomobillərin necə görünəcəyini göstərdilər

...NASA astronavtların Ayın cənub qütb bölgəsində naviqasiyasına imkan verəcək Lunar Terrain Vehicle-ın hazırlanması üçün üç özəl şirkət seçib.

“The New York Times” xəbər verir ki, seçim Intuitive Machines, Lunar Outpost və Venturi Astrolab-a düşüb. Bu şirkətlərin hər biri qarşıdakı 12 ay ərzində öz Ayda gəzinti konseptini hazırlayacaq. Bundan sonra şirkətlər işləyən prototip yaratmaq hüququ uğrunda yarışacaqlar.

SİA-nın əldə etdiyi məlumata görə, sonda NASA işə salınacaq yalnız bir qalibi seçəcək.

…Şirkətlər inkişaflarının necə olacağını da göstərdilər.

Qeyd edək ki, bu, hazırda ilkin dizayndır: faktiki nəqliyyat vasitələrinin görünüşü fərqli ola bilər. Ehtimal olunur ki, belə avtomobil 15 km/saat sürət yığa biləcək və astronavtlara səkkiz saat ərzində tək şarjla idarə etmək imkanı verəcək.

…Amerikalılar 2017-ci ildə başlayan iddialı Artemida proqramı çərçivəsində Aya qayıtmaq istəyirlər. Proqramın əsas komponentləri Kosmik Launch Sistemi, Orion kosmik gəmisi, Lunar Gateway kosmik stansiyası və insanı Aya endirmək üçün nəzərdə tutulmuş müxtəlif kommersiya sistemləridir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə