Xüsusiyyəti necə sınamaq olar..?

YouTube videonun ən maraqlı məqamlarını işıqlandırmağı öyrənib...

“Google” şirkəti “YouTube” pleyerində yeni rahat funksiyanı sınaqdan keçirməyə başlayıb – bu, videonun giriş hissəsini keçməyə və ən vacib olanı vurğulamağa imkan verir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə 9to5Google portalı yazıb.

...Yeni funksiya Jump Ahead adlanır. Süni intellekt alqoritmləri hər bir videonu qiymətləndirəcək və onun ən vacib hissəsini - digər istifadəçilərin baxış tarixçəsi əsasında tapacaq. Belə ki, videonu açanda belə bir ipucu görünə bilər ki, video filan dəqiqə və saniyədən başlayır.

...Yenilik son dərəcə faydalıdır: bu, uzun bir salam və ya reklamı atlamağa və birbaşa videonun mahiyyətinə keçməyə imkan verəcək.

Yenilik artıq YouTube Premium istifadəçiləri arasında sınaqdan keçirilməyə başlayıb. Testə qoşulmaq üçün bu səhifəyə daxil olmalısınız. Test uğurlu olarsa, bütün hostinq istifadəçiləri üçün oxşar imkanlar yaranacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə