“Bu, Türkiyəyə Ay layihəsi üçün yeni təcrübələrə imkan verəcək”

Türkiyənin ilk yerli və milli rabitə peyki TÜRKSAT 6A 2024-cü ilin 8 iyulunda kosmosa göndəriləcək. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Paytaxt Ankarada Türksat və Türk Aerokosmik Sənayesi (TAI) şirkətlərinə baş çəkən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır peykin son mərhələsi olan “Uçuş modeli” sınaqları ilə bağlı açıqlamalar verərək deyib: “Yerli və milli istehsalımız olan bu peyklə dünya əhalisinin yarıdan çoxu ilə ünsiyyət qurulacaq. Uzunmüddətli tədqiqatlar zamanı peykin bütün mühüm infrastruktur sistemləri yerli və milli səviyyədə inkişaf etdirilib. İnşaallah, 8 iyul həftəsində peykimizi kosmosa göndərməyə hazırlaşırıq. Komandalarımız ilk dəfə olaraq öz imkanlarımızdan istifadə edərək orbital məskunlaşma mərhələsini buraxılışdan sonra həyata keçirəcəklər. Bu, Türkiyəyə Ay layihəsi üçün yeni təcrübə qazanmağa imkan verəcək.

Türkiyə artıq yerli peyk inkişaf etdirmə fəaliyyətlərini davam etdirir.

Türksat 6A ilə Türkiyə İndoneziya, Malayziya və Hindistanı əhatə edən rabitə imkanları qazanacaq.

Rabitə peyklərimiz dünya əhalisinin yarısından çoxu, yəni 4,5 milyard üçün istifadə edilə biləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə