Türkiyə şirkətləri dünyanın ən böyük peyk sərgisində iştirak ediblər

Türkiyə şirkətləri dünyanın ən böyük peyk sərgisində iştirak ediblər

Türkiyənin peyk texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri dünyanın ən böyük peyk sərgisi olan Satellite 2024-də öz məhsul və imkanlarını təqdim ediblər. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türksat, Türk Aerokosmik Sənayesi (TUSAŞ) və ASELSAN ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən forumda dünyanın ən böyük peyk istehsalçıları və peyk operatorları ilə bir araya gəlib.

Qeyd edək ki, sərgidə 120 ölkədən 360-dan çox müxtəlif texnologiya şirkətləri öz məhsulları təqdim edirlər.

Xatırladaq ki, forum 18-21 mart tarixləri arasında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə