Amerikanın kosmik raketi dönərkən itib..?

Raket orbitə uğurla çatdı, lakin ...

Amerikanın kosmik nəqliyyat şirkəti “SpaceX” iki uğursuz cəhddən sonra yenidən 2,4 milyard dollar dəyərində olan “Starship” raketini orbitə çıxarıb.

SİA-nın əldə etdiyi məlumata görə, raket orbitə uğurla çatsav da, lakin Hind okeanına planlaşdırılan enişdən əvvəl itib.

2 uğursuz cəhddən sonra “SpaceX” şirkətinin “Starship” raketi Amerika Birləşmiş Ştatlarının (ABŞ) Texas ştatında şirkətin “Starbase” ərazisindən uğurla buraxılmışdı. İndiyə qədər yaradılmış ən güclü raket orbitdə ən uzaq məsafəsinə çatıb. Lakin hissə-hissə təkrar istifadə olunmaq üçün Hind okeanına enməsi planlaşdırılan raket Yerə enmədən əvvəl itib: “SpaceX” sınaq uçuşunun sonunda atmosferə yenidən daxil olarkən “Starship” raketi ilə əlaqənin kəsildiyi bildirilib.

“SpaceX” “Starship”in üçüncü sınaq uçuşunun sonunda itdiyini təsdiqləyib.

Xatırladaq ki, əvvəlki sınaq uçuşlarının birincisində raket buraxılışdan qısa müddət sonra havada partlamış, ikinci uçuşda isə partlamadan əvvəl ayrılma mərhələsinə keçmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə